DAŞINMAZ ƏMLAK MƏSLƏHƏTXANASI
DAŞINMAZ ƏMLAK MƏSLƏHƏTXANASI
Menyu
AZ RU
Girovda olan daşınmaz əmlakın alqı-satqısı necə həyata keçirilir?
Girovda olan daşınmaz əmlakın alqı-satqısı aşağıdakı üç formada həyata keçirilə bilər:
1. Bankla razılaşdırılaraq girovun saxlanılması ilə satış
Bankın razılığı əsasında əmlak girovda qalmaqla kredit öhdəliyi eyni və ya yenidən razılaşdırılmış şərtlərlə alıcının adına keçirilir.
2. Girov ləğv edildikdən sonra –
Satıcı tərəfindən kredit borcu tam ödənilir, girov ləğv olunur və bundan sonra daşınmaz əmlak alıcının adına rəsmiləşdirilir.
3. İlkin ödənişlə girovun bağlanması
Alıcı tərəfindən verilən ilkin vəsaitlə kredit borcu bağlanır, girov ləğv edildikdən sonra alqı-satqı müqaviləsi rəsmiləşdirilərək əmlak alıcının adına keçirilir.
Bələdiyyə qərarı olan daşınmaz əmlakların alqı satqısı necə həyata keçirilir?
Üzərində hüquqlar qeydiyyata alınmamış daşınmaz əmlaklar notarial qaydada alqi satqısı mümkün deyildir.
Çıxarışı olmayan mənzillərin alqı-satqısı mümkündür mü ?
Ancaq çıxarışı və əvvəllər verilmiş qeydiyyat vəsiqəsi olan mənzillərin alqı-satqısı mümkündür.
Yeni tikilmiş binalarda mənzil üzərində hüququn qeydiyyatı hansı sənədlər əsasında aparılır ?
Yeni tikilmiş binalarda yerləşən mənzillər üzərində mülkiyyət hüququnun qeydiyyatı aşağıdakı sənədlər əsasında həyata keçirilir.

* Maliyyə arayışı
* Protokoldan çıxarış
* Mənzilin (evin) eskiz layihəsi
Dövlət Mənzil Fonduna aid mənzillərin qeydiyyatı hansı sənədlər əsasında aparılır ?
Dövlət mənzil fonduna aid mənzillər üzərində mülkiyyət hüququnun qeydiyyatı aşağıdakı sənədlər əsasında həyata keçirilir:
• Order
•Qeydiyyat yerindən arayış