DAŞINMAZ ƏMLAK MƏSLƏHƏTXANASI
DAŞINMAZ ƏMLAK MƏSLƏHƏTXANASI
Menyu
AZ RU

Qeyri Yaşayış Binaları

Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsi qüvvəyə minənədək
(2013-cü il yanvarın 1-dək) inşa edilmiş tikililərə dair:
Qeyri-yaşayış binalarına münasibətdə - torpaq sahəsi üzərində mülkiyyət, icarə və
ya istifadə hüququnu təsdiq edən sənəd, müvafiq icra hakimiyyəti orqanı ilə
razılaşdırılmış layihə, müvafiq icra hakimiyyəti orqanının tikilinin inşa edilməsinə
icazə barədə qərarı, istismara qəbul aktı;
Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsi qüvvəyə mindikdən
(2013-cü il yanvarın 1-dən) sonra inşa edilən tikililərə dair:
Tikintisinə icazə tələb olunan tikinti obyektləri üçün - torpaq sahəsi üzərində
mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, tikintiyə icazə, tikinti
layihəsinin memarlıq-planlaşdırma bölməsi, tikinti obyektinin istismarına icazə.
2006-cı il iyulun 6-dan 2009-cu il iyunun 24-dək müvafiq icra hakimiyyəti orqanı tərəfindən
daşınmaz əmlaka dair verilmiş şəhadətnamələr.