DAŞINMAZ ƏMLAK MƏSLƏHƏTXANASI
DAŞINMAZ ƏMLAK MƏSLƏHƏTXANASI
Menyu
AZ RU

Torpağın sənədləşməsi

Torpaq sahəsi üzərində mülkiyyət hüquqlarının ilkin və təkrar qeydiyyata alınması barədə çıxarışın verilməsi, həmin torpaq sahəsinin planının və ölçüsünün verilməsi
Zəruri olan sənədlərin siyahısı

Hüquq sahibinin ərizəsi;

Dövlət rüsumunun ödənilməsi barədə sənəd;

Torpaq sahəsinə dair aşağıda qeyd olunan hüquqmüəyyənedici sənədlərdən biri:

Yerli sovetlərin icraiyyə komitələrinin təsərrüfat şöbələri və ya Yerli sovetlərin icraiyyə komitələrinin texniki inventarlaşdırma büroları tərəfindən verilən “Torpaq qeydi” sənədləri;

Torpaq sahələrinin ayrılması barədə rayon, şəhər, qəsəbə və kənd zəhmətkeşdeputatları sovetləri və xalq deputatları sovetlərinin qərarları;

Tikinti hüququ barədə notariat qaydasında təsdiq edilmiş 1948-ci il avqustun 26-dək bağlanmış müqavilələr;

Şəxsi mülkiyyət hüququ ilə yaşayış evlərinin tikintisi üçün torpaq sahələrinin verilməsi haqqında notariat qaydasında təsdiq edilmiş 1948-ci il avqustun 26-dan sonra bağlanılmış müqavilələr;

Şəxsi mülkiyyət hüququ ilə evlərin inventarizasiya və qiymətləndirilməsinə aid Azərbaycan SSR Kommunal Təsərrüfatı Nazirliyi tərəfindən verilmiş pasportlar;

şəhər və rayon xalq deputatları sovetləri tərəfindən 1992-ci il yanvarın 24-dən 1995-ci il dekabrın 19-dək verilmiş torpağa mülkiyyət, sahiblik, daimi istifadə hüququna dair dövlət aktı və torpaqdan müvəqqəti istifadə hüququna dair şəhadətnamə;

Torpaq sahələrinin ayrılması barədə 1991-ci il noyabrın 9-dan 1995-ci il dekabrın 19-dək qəbul edilmiş Rayon, şəhər, qəsəbə və kənd xalq deputatları sovetlərinin qərarları;

Kənd və qəsəbə yaşayış məntəqələrində (o cümlədən statusu dəyişdirilərək şəhərə (qəsəbəyə) çevrilmiş, habelə ləğv edilərək ərazisi şəhər və ya qəsəbələrin ərazisinə verilmiş kəndlərdə) 2001-ci il yanvarın 1-dək inşa edilmiş yaşayış evlərinə və (və ya) onların yerləşdiyi torpaq sahələrinə, eləcə də yaşayış evlərinin tikintisi üçün ayrılmış torpaq sahələrinə dair təsərrüfatbaşına kitablardan çıxarış;

Üzərində mülkiyyət hüquqları qeydiyyata alınmış yaşayış evinin torpaq sahəsinə münasibətdə texniki inventarlaşdırma orqanları tərəfindən 2001-ci il yanvarın 1-dək tərtib olunmuş texniki pasport (həyətyanı torpaq sahəsinin ölçüsü göstərildiyi halda);

yaşayış evlərinin və bağ evlərinin tikintisi üçün həyətyanı torpaq sahələrinin verilməsi barədə kolxoz üzvlərinin ümumi yığıncağının və ya müvəkkillərinin yığıncağının qərarı, sovxoz (həmçinin həmin sovxozun yenidən təşkili qaydasında onun bazasında yaradılaraq dövlət orqanlarının tabeliyində olan kənd təsərrüfatı müəssisəsi) rəhbərinin (direktor və s.) əmri, yaxud həyətyanı torpaq sahəsi barədə qaytanlanmış torpaq kitablarından (o cümlədən kolxoz və sovxoz torpaqlarına dair qaytanlanmış kitablardan) çıxarış; həmçinin arxiv arayışı;

Fərdi mənzil, habelə kooperativ evlərin və bağların tikilməsi üçün mənzil-tikinti və bağ-tikinti kooperativlərinə, çoxmənzilli yaşayış evlərinin tikintisi üçün fərdi evtikdirənlərin mənzil-tikinti kollektivlərinə torpaq sahələrinin ayrılması barədə 1991-ci il noyabrın 9-dək qəbul edilmiş qərarlar;

Yerli icra hakimiyyəti başçısının qərarı əsasında yaşayış evinin tikintisi məqsədilə torpaq sahələrinin ayrılması barədə, yaxud müvafiq torpaq sahəsinin yerli icra hakimiyyəti başçısının qərarında nəzərdə tutulan şəxslər arasında bölüşdürülməsi barədə aidiyyəti inzibati ərazi dairəsi üzrə nümayəndə tərəfindən 2001-ci il yanvarın 1-dək verilmiş qərar;

2007-ci il mayın 22-dək vətəndaşlara ayrılmış bağ sahələrinə dair verilən icarə müqavilələri, sərəncamlar və orderlər kollektiv bağçılıq-yoldaşlıq təsərrüfatının üzvlərinin siyahısına müvafiq olaraq verilmiş üzvlük kitabçası və ya üzvlərin iclasının protokolundan çıxarış;

Dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar;

qanunla müəyyən edilmiş qaydada ixtisaslaşdırılmış təşkilatlar tərəfindən keçirilən açıq hərracın nəticələrinə dair yekun protokol;

daşınmaz əmlak barəsində notariat qaydasında təsdiq edilmiş müqavilələr, vərəsəlik hüququ haqqında, ər-arvadın ümumi əmlakındakı paya mülkiyyət hüququ haqqında şəhadətnamələr;

qanuni qüvvəyə minmiş məhkəmə qərarları;

daşınmaz əmlak üzərində hüquqları təsdiq edən dövlət aktları və şəhadətnamələr;

06.07.2006-cı il tarixdən 24.06.2009-ci ilədək müvafiq icra hakimiyyəti (ƏMDK) tərəfindən daşınmaz əmlaka dair verilmiş şəhadətnamə;

ƏMDX-nin alqı satqı (özəlləşmə) müqaviləsi və haqq-hesab vərəqəsi (borcun tam ödənməsi barədə sənəd).

Torpaq sahəsi üzərində hüquqların ilkin dövlət qeydiyyatına alınması üçün həmin torpaq sahəsinin yerini müəyyənləşdirməyə imkan verən texniki sənəd (müvafiq sxem, torpaq sahəsinin planı və ölçüsü, torpaq sahəsinin təhkim aktı və s.).